RU

Hizbullah: İsrailin şimalında hərbi kazarmalara və yaşayış məntəqələrinə hücum edilib

Hizbullah İsrailin şimalındakı hərbi kazarmaya və yaşayış məntəqələrindəki İsrail əsgərlərinə raket hücumları həyata keçirdiyini açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Hizbullahın Telegram sosial şəbəkəsində İsrailə qarşı hücumlarla bağlı məlumat verilib.

Açıqlamada, İsrailin şimalında sərhəd xəttində yerləşən Şumira kazarmasındakı hərbi qruplaşmanın bir sıra raketlərlə birbaşa hədəfə alındığı bildirilib.

Bundan əlavə, Livan sərhədində yerləşən Misgav Am yəhudi qəsəbəsində böyük bir İsrail piyada birliyinin raket və top atəşi ilə hücumlarda dəqiq vurulduğu bildirilib.

Livan sərhədi yaxınlığındakı Ştula qəsəbəsinə 2 Burkan raketi ilə dəqiq hücumun həyata keçirildiyi də qeyd edilib.

Digər tərəfdən İsrailin \"Yediot Ahronot\" qəzeti İsrailin şimalındakı Yuxarı Cəlil bölgəsində sirenlərin çaldığını və Livandan atılan raketlərin açıq əraziyə düşdüyünü açıqlayıb.

Hizbullahın digər bəyanatında Livan sərhədinə yaxın Kiryat Şimona qəsəbəsində bir qrup İsrail əsgərinin və artilleriya mövqelərinin bir sıra raketlərlə vurulduğu qeyd edilib.
 
Gülay
Избранный
17
1
azxeber.com

2Источники