RU

Diasporla İş üzrə Dövlət Komitəsi cərimələnə bilər – SƏBƏB

Diasporla İş üzrə Dövlət Komitəsi ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, komitənin İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Komitə ilə bağlı iş baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. 15 oktyabr tarixində hakim Anar İbadzadənin sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovdur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar

Избранный
17
tribunainfo.az

1Источники