RU

Vladimir Putin yəhudilərə müraciət etdi

Rusiya prezidenti Vladimir Putin ölkə yəhudilərini Roş-Ha-Şana bayramı münasibətilə təbrik edib.

Missiya.Az xəbər verir ki, dövlət başçısının təbriki Kremlin saytında dərc olunub. 

O, müraciətində bu bayramın yəhudi dindarlarına çoxəsrlik tarixi-mədəni irsin bir parçası olmaq sevinci bəxş etdiyini vurğulayıb. 

“Bu, mənəvi təmizlənmə, əxlaqi və dini təkmilləşməni simvollaşdırır. Bu günlərdə insanlar ötən ilin yekunlarını çıxarır və gələcək üçün planlar qururlar”, - Putin yazıb. 

Prezident əlavə edib ki, Rusiya yəhudi icmasının həyatı xeyirxah əməllərlə doludur. Onun sözlərinə görə, yəhudi təşkilatları ölkədə millətlər və dinlər arasında dialoqun möhkəmlənməsinə, cəmiyyətdə sülhün və harmoniyanın qorunmasına böyük töhfə verir. “Və əlbəttə ki, onlar ailə dəyərlərinin qorunub saxlanmasına, gənclərin maarifləndirilməsinə ürəkdən qayğı göstərir, mərhəmət və xeyriyyəçilik aksiyalarında fəal iştirak edirlər”, - deyə dövlət başçısı rus yəhudilərinə cansağlığı, firavanlıq və uğurlar arzulayıb. 

ElcanMissiya.Az

Избранный
23
missiya.az

1Источники