RU

"Nike"ın mənfəəti və gəliri azaldı

Amerikanın idman malları istehsalçısı "Nike"ın xalis gəliri və mənfəəti azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin press-relizdə deyilir.

Məlumata görə, avqustun 31-də başa çatan rübdə şirkətin xalis mənfəəti 1,45 milyard dollardan 1,05 milyard dollara enib. Səhm başına qazanc 94 sentdən 70 sentə düşüb.

Şirkətin rüblük gəliri 12,94 milyard dollardan 11,59 milyard dollara enib.

Qeyd edilib ki, bu məlumatlardan sonra "Nike"ın səhmləri 5,9% ucuzlaşıb. Bu ilin əvvəlindən bəri şirkətin kapitallaşması isə 17,9% azalaraq 132,55 milyard dollar təşkil edib.

 

Gözəl Həşimova

Избранный
12
iqtisadiyyat.az

1Источники