RU

SEPAH İsrailə hücum əmri verib

SEPAH

SEPAH-ın İsrailə hücum əmrini verdiyi o an Ötən gecə SEPAH-ın baş komandanı general Hüseyn Səlaminin İsrailə raket hücumu əmrini vermə anı paylaşılıb. Bununla bağlı, SEPAH-ın “Telegram” kanalı video paylaşıb. Bildirilib ki, İsrailə aviazərbələr “Doğru vəd-2” adlanır.Hücum əməliyyatına başlayarkən SEPAH komandanının yanında onun müavini general Əli Fədəvi, İranın ali rəhbəri Əli Xameneyinin SEPAH-dakı nümayəndəsi Abdullah Hacısadeqi və daha bir SEPAH zabiti olub.SEPAH-ın baş komandanı Tehranda öldürülən HƏMAS lideri İsmayıl Həniyənin, Hizbullah lideri Həsən Nəsrullahın, eləcə də SEPAH generalı Abbas Nilfuruşanın qisası üçün SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı general Əmir Əli Hacızadəyə İsrailə raketlə hücum əmri verib.SEPAH komandanı habelə hücum əməliyyatının başlaması ilə bağlı İran prezidenti Məsud Pezeşkiana məruzə edərək onu əmin edib ki, İsrailə zərbələr güclü olacaq.Eltun Məmmədov

Diqqət Çəkənlər

Bayden səlahiyyət müddəti bitmədən Ukraynanın NATO-ya üzv olmaq üçün müraciətini irəli sürə bilər

Yaponiya hökuməti bütünlüklə istefa verib

İsrailin Dəməşqə endirdiyi zərbələr nəticəsində üç nəfər ölüb

Избранный
23
22
ulusum.az

10Источники