RU

Hərracda Teylor Sviftin gitarasını alıb çəkiclə sındırdı

Texaslı bir kişi amerikalı müğənni Teylor Sviftin imzası olan gitarasını 4000 dollara hərracda alıb və dərhal onu çəkiclə parçalayıb.Missiya.Az xəbər verir ki, bu barədə "İndependent" məlumat yayıb.

Hadisə yerli gənclərin kənd təsərrüfatı təhsilinə dəstək məqsədilə təşkil edilən naharda baş verib.

“Bu, gözlənilməz oldu, amma təəccüblü deyil. Texasın bu hissəsində mühafizəkarlar üstünlük təşkil edir və Bayden və Harris administrasiyası geniş hörmətə malik deyil. Ətrafımda yaşayan bir çox fəhlə sinfi insanlar hesab edirlər ki, administrasiya bizim xeyrimizə deyil, bizim əleyhimizə işləyir”, - deyə tədbir iştirakçılarından biri bildirib.

Svift daha əvvəl prezident seçkilərində rəqibi Kamala Harrisi dəstəkləməklə Donald Trampın tərəfdarlarını qəzəbləndirmişdi.

Zərintac MayisqızıMissiya.Az

Избранный
3
1
missiya.az

2Источники