RU

Bayden prezidentliyə namizədlərin təhlükəsizliyini gücləndirmək üçün qanunu imzalayıb

ABŞ prezidenti Co Bayden prezidentliyə və vitse-prezidentliyə namizədlərin təhlükəsizliyini təmin etmək üçün ölkənin Gizli Xidməti tərəfindən görülən tədbirləri gücləndirən qanunu imzalayıb...

Poliqon xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Sənəddə qeyd edilir ki, Bayden Birləşmiş Ştatların “Məxfi Xidməti”ndən prezidentləri, vitse-prezidentləri və prezident və vitse-prezidentliyə namizədləri qorumaq üçün lazım olan agentlərin sayını müəyyən etmək üçün vahid standartlar tətbiq etməyi tələb edən qanunu imzalayıb. Bundan əvvəl qanun layihəsi ABŞ Konqresinin hər iki palatası tərəfindən təsdiqlənmişdi.

Xatırladaq ki, Məxfi Xidmət rəisi vəzifəsini icra edən Ronald Rou daha əvvəl respublikaçı Donald Trampa qarşı iki sui-qəsd cəhdindən sonra qanunvericilərdən maliyyəni əhəmiyyətli dərəcədə artırmağı xahiş etmişdi. Sentyabrın 15-də ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Respublikaçılar Partiyasından prezidentliyə namizəd Trampın yaşadığı Florida ştatının Palm-Biç şəhərindəki “Trump International Golf Club”da baş verən atışma ilə bağlı araşdırma elan edib. Hadisə Trampın həyatına qəsd kimi qiymətləndirilir.

Keçmiş dövlət başçısı iyulun 13-də seçkiqabağı mitinqdə sui-qəsdə uğrayıb. Respublikaçı yüngül yaralanıb. Atəş açan 20 yaşlı amerikalı Tomas Metyu Kruks ABŞ Məxfi Xidməti tərəfindən öldürülüb. FTB hadisənin qətlə cəhd kimi qiymətləndirildiyini təsdiqləyib.

Poliqon.info

Избранный
10
poliqon.info

1Источники