RU

İranın Baş Qərargah rəisi İsrail və ABŞ-a xəbərdarlıq edir

İranın

İranın Baş Qərargah rəisi Məhəmməd Baqiri bildirib ki, İsrail İrana hücum edərsə, daha şiddətli cavab veriləcək və onun bütün infrastrukturu hədəfə alınacaq.

Reyting.az
-ın məlumatına görə, İranın rəsmi xəbər agentliyi İRNA-nın yaydığı videoçıxışda Baqeri İnqilab Keşikçiləri Ordusunun İsrailə qarşı həyata keçirdiyi raket hücumunun təfərrüatlarını açıqlayıb.

Baqiri bildirib ki, HƏMAS lideri İsmayıl Haniyə Tehranda öldürüldükdən sonra ABŞ, Avropa və bəzi digər ölkələr İrandan Qəzzada atəşkəs əldə olunana qədər gərginliyi artırmaqdan çəkinmək istəyiblər və buna görə də çətin bir dövrü geridə qoyublar.

Hərbçi qeyd edib ki, bu dövrdə ABŞ İsrailin cinayətlərini dəstəkləyib və ona “yaşıl işıq” yandırıb. O, Livan xalqına qarşı hücumların artırdığını, xüsusilə “Hizbullah” lideri Həsən Nəsrullah və İnqilab Keşikçiləri Ordusunun Qüds Gücü komandanının müavini Abbas Nilfuruşanın öldürüldüyünü qeyd edib.

Vəziyyətə daha dözməyin mümkün olmadığını bildirən Baqiri, İnqilab Keşikçiləri Ordusunun raket əməliyyatı ilə İsrailin mühüm bazalarını hədəf aldığını vurğulayıb.

İsrailin törətdiyi cinayətlərə baxmayaraq, beynəlxalq hüquqa uyğun olaraq mülki yaşayış məntəqələrini vurmaqdan çəkindiklərini və yalnız hərbi bazaların hədəf alındığını vurğulayan Bakıri deyib:

“İsrailin 3 əsas hava bazası hədəf alınıb. Bu bazalardan biri Həsən Nəsrullaha hücumun başlanğıc nöqtəsi olub. Hatzerim Hava Bazası, Mossad qərargahı və Qəzza ətrafındakı personal daşıyıcıları və əsgərlərin yerləşdiyi Nevatim Hava Bazası da hədəfə alınıb”.

General Baqiri qeyd edib ki, İsrail rejiminin və xalqının iqtisadi infrastrukturuna təsir edəcək sənaye zonalarını vurmaq mümkün olsa da, heç biri hədəfə alınmayıb:

“ABŞ və Avropa çılğınlara nəzarət etməzsə, İsrail ölkəmizin müstəqilliyinə və ərazi bütövlüyünə hücum edərsə, bu gecə həyata keçirdiyimiz əməliyyatdan bir neçə dəfə güclü cavab veriləcək və onların bütün infrastrukturu hədəfə alınacaq”.

Baqiri ümid edir ki, ABŞ əvvəlki münasibətindən əl çəkəcək, İsraili dayandıracaq və bölgə sülh olacaq.

Qeyd edək ki, İran İnqilab Keşikçiləri Ordusundan verilən yazılı açıqlamada İranın “milli təhlükəsizliyini” hədəf alan İsrailə raket hücumu təşkil edildiyi bildirilib. Hücum HƏMAS lideri İsmayıl Haniyə, “Hizbullah” lideri Həsən Nəsrullah və iranlı briqada generalı Abbas Nilfuruşanın öldürüldüyü İsrail hücumlarına cavab olaraq həyata keçirilib. İran dövlət televiziyası daha sonra İsrailə 200-ə yaxın raket atıldığını və hipersəsli “Fettah-1” raketlərinin ilk dəfə istifadə edildiyini açıqlayıb.

ELÇİN
Избранный
1
1
reyting.az

2Источники