RU

“Arsenal” və “Barselona”dan qələbə

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ikinci turuna start verilib.

Msport.az xəbər verir ki, futbol azarkeşləri 9 oyuna şahidlik ediblər. Günün ən maraqla gözlənilən matçı İngiltərədə baş tutub. “Arsenal” son Fransa çempionu PSJ ilə qarşılaşıb.

Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İtaliya təmsilçisi “Milan” Almaniyada Leverkuzen “Bayer”inə uduzub – 0:1

Gecənin ən çox qol vurulan qarşılaşması Almaniyada olub. “Borussiya Dortmund” doğma meydanda Şotlandiyanın “Seltik” komandasıni 7:1 hesabı ilə məğlub edib.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, II tur

“Zaltsburq” (Avstriya) – “Brest” (Fransa) – 0:4

“Ştutqart” (Almaniya) – “Sparta” (Praqa,Çexiya) -1:1

“Arsenal” (İngiltərə) – PSJ (Fransa) – 2:0

“Barselona” (İspaniya) – “Yanq Boys” (İsveçrə) – 5:0

“Bayer” (Leverkuzen, Almaniya) – “Milan” (İtaliya) – 1:0

“İnter” (İtaliya) – “Srvena Zvezda” (Belqrad, Serbiya) – 4:0

“Borussiya Dortmund” (Almaniya) – “Seltik” (Şotlandiya) – 7:1

PSV (Niderland) – “Sportinq” (Lissabon, Portuqaliya) – 1:1

“Slovan” (Slovakiya) – “Mançester Siti” (İngiltərə) – 0:4

Qeyd edək ki, Liqa mərhələsinin II turu bu gün keçiriləcək matçlarla başa çatacaq.

Избранный
5
9
msport.az

10Источники