RU

Azərbaycanda bu məhsul ucuzlaşdı VİDEO

Son günlər bazarlarda pomidor ucuzlaşıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, məhsulun bir kiloqramı 50-60 qəpikdən təklif olunur.

Sortundan asılı olaraq bəzi hallarda 1-2 manat arasında dəyişəni də var.

Satıcılar qiymətin aşağı düşməsini məhsulun bol olması ilə əlaqələndirirlər. Lakin bazarda hər qiymətə pomidor olduğunu da deyirlər.

Vəziyyətdən alıcılar da razıdır. 

Qeyd edək ki, bəzi informasiya resurslarında ölkəmizdən Rusiyaya pomidorun idxalına qadağa qoyulması haqda məlumatlar yayılıb. Ucuzlaşma da məhz bununla əlaqələndirilirdi.

Lakin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən "Xəzər Xəbər"ə bildirilib ki, məlumat yanlışdır və belə bir qadağa yoxdur. Ekspertlər isə hesab edirlər ki, məhsulun ucuzlaşmasının əsas  səbəbi havaların isti keçməsi ilə yanaşı, həmçinin yerli məhsulun bol olmasıdır. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
4
1
milli.az

2Источники