RU

İsrail Ordusu: İran İsrailə 180-dən çox raket atıb

İran İsrailə 180-dən çox raket atıb.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari bildirib.

“İran birbaşa İsrail dövlətinə genişmiqyaslı 180-dən çox ballistik raket atıb”, - məlumatda deyilir.

İsrail ordusunun məlumatına görə, raketlərin əksəriyyəti İsrail və ABŞ-ın rəhbərlik etdiyi müttəfiqlər tərəfindən məhv edilib.

Bəyanatda İsrail Müdafiə Qüvvələrinin ölkəni və xalqı qorumaq üçün lazım olan hər şeyi etməyə davam edəcəyi vurğulanıb.

Избранный
21
2
apa.az

3Источники