RU

Vücud qoxusunda hansı məlumatlar gizlənir? -TƏDQİQAT

Vücud

Bakı, 2 oktyabr, AZƏRTAC

Alimlər bildirirlər ki, bədən qoxusunda psixoloji və bioloji məlumatlar var, lakin biz bu məlumatlara kifayət qədər diqqət yetirmirik. Bədən qoxusu bizə pəhrizimiz və sağlamlığımız haqqında çox şey deyə bilər. Məsələn, vəba xəstələri şirin bir qoxuya sahibdirlər, diabet xəstələri isə çürük alma kimi qoxa bilər.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bununla bağlı bir qrup alim araşdırma aparıb.

Bu haqda fikirlərini bölüşən Avstraliyanın Macquarie Universitetinin qoxu psixoloqu Mehmet Mahmut bildirib ki, araşdırma qrupunun tapıntılarına görə, insanlar nə qədər çox ət istehlak edərsə, bədən qoxusu da bir o qədər yaxşılaşar.

Genlərimiz qoxuya təsir edir. Bədən qoxusu qidalanma və sağlamlıqdan asılı olaraq dəyişsə də, qoxunu özünəməxsus edən və digər insanlardan fərqləndirən ən mühüm faktor genlərdir. İnsanların özünəməxsus bədən qoxusu o qədər fərqli və onların qoxu aşkarlama qabiliyyəti o qədər güclüdür ki, təcrübələr bunu göstərir – “Əkiz qardaşların tərli köynəkləri digər insanların paltarlarından asanlıqla seçilə bilər”.

Universitetin psixoloqu və insan qoxusu üzrə mütəxəssisi Agnieszka Sorokovska diqqətə çatdırıb ki, bu, çox əhəmiyyətli bir kəşfdir: “Çünki genlərimizin bədən qoxumuza təsir etdiyini görürük və buna görə də öyrənirik ki, insanları iyləməklə onlar haqqında genetik məlumat toplaya bilərik. İnsanlar genetik olaraq müəyyən edilmiş qoxu seçimlərinə malikdirlər, buna görə də ətir və kosmetika seçirlər. İnsanların qoxu seçimlərinə görə şəxsiyyətləri haqqında bəzi nəticələr çıxarmaq olar”.

Qoxularla bağlı aparılan araşdırmada qadınlara təsadüfi seçilmiş kişilər tərəfindən geyilən köynəklər verilib və bu köynəkləri qoxuya görə sıralamaları istənilib. Tədqiqata qatılan qadınların üstünlük sıralamalarında İnsan Leykosit Antigeni (HLA) fərqi kimi müəyyən edilən fenomenlə oxşarlıq aşkarlanıb. HLA immun sistemimizə bizə aid olmayan və patogenə çevrilmə riski olan hüceyrələri aşkarlamağa kömək edən zülallar qrupudur. Hər bir insanın genetik HLA profilinin fərqli olduğu düşünülür, oxşarlıqlar yalnız qohumlar arasında görülür. Mütəxəssislər fərqli HLA profilinə malik insanların birlikdə uşaq sahibi olmalarının daha sərfəli olduğunu bildirirlər. Araşdırmaya qatılan qadınların özlərindən ən fərqli HLA profilinə sahib, yəni immun sistemi genetikası baxımından ən çox uyğunlaşdıqları kişilərin köynəklərini ən xoş qoxu olaraq sıraladıqları müşahidə edilib.

“Min illərdir ki, qoxumuzu gizlətməyə çalışırıq”. M.Mahmutun apardığı başqa bir araşdırmada subay kişilərin bədən qoxusunun evli kişilərə nisbətən daha çox üstünlük təşkil etdiyi məlum olub. O, bunun testosteron səviyyələri ilə əlaqəli ola biləcəyini düşünür və evli kişilər yaşlandıqca testosteron səviyyələri azaldıqca bədən qoxusunun da azaldığını irəli sürür. Tədqiqatçı əlavə edir ki, bədən qoxusunun həyatımızda əhəmiyyəti azalıb. Min illərdir ki, necə iy aldığımızı gizlətməyə çalışmışıq.

Избранный
25
1
azertag.az

2Источники