RU

İran İsrailin sadəcə hərbi və təhlükəsizlik obyektlərini hədəf alıb – İran XİN

Bakı. Trend:

İran suverenliyi və ərazi bütövlüyünə hücuma cavab olaraqİsrailin sadəcə hərbi və təhlükəsizlik obyektlərini hədəf alıb.

Trend-inməlumatına görə, bu, İranın Xarici İşlər Nazirliyinin bəyanatındaqeyd olunub.

Bəyanata əsasən, İran uzunmüddətli təmkinli olduqdan sonra, özqanuni müdafiə haqqından istifadə edərək İsrailə qarşı hərbiəməliyyat keçirib.

Bəyanatda qeyd olunur ki, İran üçüncü tərəflərin məsələyəistənilən müdaxiləsi ilə əlaqədar xəbərdarlıq edir və regional vəbeynəlxalq sülh və təhlükəsizliyə qarşı təhdidin davam etməsi üçünBMT Təhlükəsizlik Şurasının dərhal addım atmasını istəyir.

“İran lazım gəldiyi halda istənilən hərbi təcavüz və gücdənqeyri-qanuni istifadə qarşısında ölkənin ərazi bütövlüyünü müdafiəetmək və öz qanuni mənafeyini qorumaq istiqamətində müdafiətədbirləri görməyə tam hazırdır”, - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, bu gün İran İslam İnqilabı Keşikçilər Korpusu(SEPAH) İsrailə onlarla ballistik raket atdığını elan edib.

Избранный
24
2
az.trend.az

3Источники