RU

Alleqri "Mançester Yunayted"i çalışdıra bilər

"Yuventus"un keçmiş baş məşqçisi Massimiliano Alleqri "Mançester Yunayted"in yeni baş məşqçisi hesab olunur.

90deqiqe.Az-ın “La Gazzetta dello Sport”a istinadən məlumatına görə, Alleqrinin namizədliyini 1986-2013-cü illərdə “qırmızı şeytanlar”a rəhbərlik etmiş Ser Aleks Ferqyuson şəxsən dəstəkləyib. Bundan başqa, “İnter”də çalışan italiyalı mütəxəssis Simone İnzaqi də “Mançester Yunayted” rəhbərliyində komandanın yeni baş məşqçisi vəzifəsinə baxılır.

Hazırda mankunianlılara hollandiyalı mütəxəssis Erik ten Haq rəhbərlik edir. İngiltərə çempionatının altı turundan sonra “Mançester Yunayted” 7 xal toplayıb və 13-cü yerdədir

Избранный
29
90deqiqe.az

1Источники