RU

Yeganə övladı şəhid olan ana: "Yoxluğu ilə razılaşsam, dəli olaram"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Yağışda da, qarda da onu ziyarət edirəm. Elə bilirəm, Rüfət məni burada gözləyir. Gəlməsəm, tək qalar, inciyər".
Bunu Baku TV-yə açıqlamasında Vətən müharibəsi şəhidi Rüfət Mustafayevin anası Afət Həsənova deyib.
Şəhid oğlunun məzarını hər gün ziyarət edən ana övladının yoxluğu ilə razılaşmağın onun üçün çətin olduğunu bildirib:
"Bütün valideynlər kimi, mənim də arzularım var idi. Gözləyirdim, gələcək, ona toy edəcəyəm. Rüfətin həmişə yanımda olduğunu hiss edirəm. O, yaşayan mələkdir. Rüfətin yoxluğunu hiss etsəm, dəli olaram."
Daha ətraflı Baku TV-nin süjetində:
Избранный
25
2
oxu.az

3Источники