RU

Anti-terror əməliyyatları Azərbaycanın beynəlxanq birliklə münasibətlərinə hansı təsirləri göstərdi?


Ermənistanın 2020-ci il Vətən müharibəsində düçar olduğu məğlubiyyətə və qəbul etdiyi öhdəliklərə baxmayaraq və 2023-cü ilədək keçən üç ilə yaxın müddət ərzində öhdəliklərinə zidd şəkildə, nəinki öz qanunsuz silahlı birləşmələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmadığı, hətta Azərbaycan ərazilərinə əlavə silah-sursat, hərbi texnika, minalar ötürdüyü məlum idi. 2023-cü ilin 19 sentyabr tarixində erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində 6 Azərbaycan vətəndaşının həlak olması isə Azərbaycanın səbir kasasının daşmasına səbəb oldu və antiterror tədbirlərini qaçılmaz etdi.Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması və nəticə etibarilə yekun sülh sazişinin imzalanması üçün tarixi fürsət yaranıb. Bu baxımdan, Azərbaycanın regionumuzun təhlükəsizliyi və tərəqqisi naminə sülh prosesinin təşəbbüskarı olduğu və bu istiqamətdə həqiqi səylər göstərdiyi məqamda Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların qalması qəbuledilməzdir və Ermənistan tərəfindən tarixi sülh fürsətinin əldən verilməməsi üçün sözügedən iddiaların aradan qaldırılması istiqamətində tezliklə lazımi adekvat addımların atılması zəruridir.

Lokal xarakterli antiterror tədbirləri regionda sülhün bərqərar olmasına misilsiz töhfə verdi. Azərbaycanın inamlı qələbəsi bir daha sübut etdi ki, ölkəmizlə ultimatum dilində danışmaq olmaz. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələri tərk-silah edilərək ərazilərimizdən çıxarıldı, respublikamızın suverenliyi tam təmin edildi, bütün ölkə ərazisində Konstitusiya quruluşu bərpa olundu.

BMT Təhlükəsizlik Şurasının sentyabrın 21-i axşam keçirilən iclası Azərbaycanın Qarabağda "antiterror əməliyyatı"nı dayandırdığını elan etməsindən sonra baş verib.Çıxışçılar Azərbaycanın Qarabağda keçirdiyi əməliyyatdan narazılıq və narahatlıq ifadə ediblər.Onlar istənilən hərbi qarşıdurmalara son qoyulmasına çağırıblar.İclasda hər hansı qətnamə qəbul edilməyib.Qarabağda "antiterror əməliyyatı" başlayandan sonra Fransa BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırmışdı.

Qarabağda "antiterror əməliyyatı" gedən zaman ABŞ-ın Dövlət katibi Antony Blinken Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana zəng edərək tərəfləri dialoqa dəvət edib.O, İlham Əliyevi hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.Azərbaycan Prezidenti ABŞ Dövlət katibinə “Silahın yerə qoyulduğu və tərksilah olunduğu halda, antiterror tədbirlərinin dayandırılacağını deyib”.

Rəsmi Ankara Azərbaycanın Qarabağda başlatdığı hərbi tədbirləri rəsmi Bakının “haqlı tələblərinin yerinə yetirilməməsi” ilə izah edib və bildirib ki, regionda sülh, təhlükəsizlik, rifah və davamlı sabitlik üçün “yeganə yol” Bakı və Yerevan arasında nəticəyə yönəlik danışıqlardır.Rusiya Ermənistan və Azərbaycanı hərbi addımları dayandırmağa və məsələnin siyasi-diplomatik yolla həll etməyə çağırıb.


Mürsəl Mehdiyev


Избранный
14
azia.az

1Источники