RU

İsrail bu gecə güclü zərbələr endirəcək – Xəbərdarlıq

İsrail ordusu bu gecə Yaxın Şərqdəki hədəflərə güclü zərbələr endirəcək. Bu barədə İsrailin Kanal 12 telekanalı məlumat yayıb.

Musavat.com İsrail mediasına istinadən xəbər verir ki, Netanyahunun ofisi bildirib ki, İran İsrailə 180-ə yaxın raket atıb, əksəriyyəti ələ keçirilib, itki yoxdur.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə raket zərbəsi endirdiyini açıqlayıb.SEPAH xəbərdarlıq edib ki, İsrail hərbi reaksiya verərsə, sarsıdıcı cavabla üzləşəcək.

"The Jerusalem Post" qəzeti məlumat yayıb ki, İrandan İsrailə 400-dən çox raket atılıb.

İndiyədək hava hücumları nəticəsində 4 nəfərin həlak olduğu bildirilir.

Şahanə Rəhimli
Musavat.com

Избранный
3
1
musavat.com

10Источники