RU

Ən böyük kütləvi edam: Rusiyalılar Pokrovski istiqamətində 16 ukraynalı əsiri güllələyiblər

Rusiyalı işğalçılar Pokrovski istiqamətində 16 ukraynalı hərbi əsiri eyni vaxtda güllələyiblər. Bu, müharibə başlayandan bəri ən böyük kütləvi edamdır.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Baş Prokurorluğun və Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı Dmitri Lubinets Telegramına istinadən məlumat yayıb.

Baş Prokurorluq qeyd edib ki, bu gün, oktyabrın 1-də sosial şəbəkələrdə 16 ukraynalı hərbçinin Rusiya işğalçıları tərəfindən mümkün edam edilməsi ilə bağlı məlumatlar yayılıb. Təsdiqlənməmiş məlumatlara görə, Rusiya hərbi cinayəti Pokrovski rayonunun Nikolayevka və Suxoy Yar kəndləri ərazisində baş verib.

Bu cür hərəkətlər Cenevrə Konvensiyalarını pozur və ciddi beynəlxalq cinayət kimi qiymətləndirilir.

“Bu, cəbhə xəttində ukraynalı hərbi əsirlərin edam edilməsi ilə bağlı məlum ən böyük hadisədir və bu, əsirlərin öldürülməsi və işgəncə edilməsinin təsadüfi deyil, Rusiya hərbi və siyasi rəhbərliyinin düşünülmüş siyasəti olduğunun daha bir sübutudur”, - Baş prokuror Andrey Kostin bildirib.

QAZİLER.AZ

Избранный
23
9
qaziler.az

10Источники