RU

Rusiya XİN İsrailin Livana hücumunu kəskin şəkildə pisləyib



Rusiya Xarici İşlər Nazirliyi İsrailin Livana hücumunu kəskin şəkildə pisləyir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya XİN məlumat yayıb. Açıqlamada qeyd edilir ki, Hizbullah liderlərinin öldürülməsindən sonra İsrail ordusunun işğalı Yaxın Şərqdə zorakılığın artmasına səbəb olacaq.

Rusiya Xarici İşlər Nazirliyinin İsrailin Livana təcavüzü ilə bağlı bəyanatında deyilir ki, Rusiya İsrailin silahlı təcavüzünə məruz qalmış dost Livanın rəhbərliyi və xalqı ilə həmrəy olduğunu bildirir.

Mehman Mehdiyev

Избранный
39
newscenter.az

1Источники