RU

Azərbaycanlı məşqçi Albaniya klubunda

Azərbaycanlı məşqçi Rüfət Quliyev Albaniya Super Liqasında işləyəcək.  

Bizim.Media xəbər verir ki, 51 yaşlı mütəxəssis “Biliş” klubunun baş məşqçisi Nevil Dedenin köməkçisi təyin olunub.

Bundan başqa, Quliyev Albaniya klubunun əvəzedici komandasının baş məşqçisi vəzifəsini yerinə yetirəcək.

Həmçinin Albaniyanı UEFA Gənclər Liqasında təmsil edəcək U-19 komandası “Bilis”ə də rəhbərlik edəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
22
4
bizim.media

5Источники