RU

Azərbaycanda əhali yenidən siyahıya alınacaq

Azərbaycanda əhalinin növbəti - dördüncü dəfə siyahıyaalınma prosesi 2029-cu ildə gözlənilir.

Turanpress.org xəbər verir ki, bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib."Bütün dünyada olduğu kimi, Azərbaycanda da əhalinin siyahıyaalınması hər 10 ildən bir keçirilir", - deyə məlumatda bildirilib.Qeyd edək ki, əhalinin siyahıyaalınması ölkənin bütün vətəndaşlarına aid demoqrafik, iqtisadi və sosial məlumatların müəyyən olunmuş vaxtda toplanması, ümumiləşdirilməsi, öyrənilməsi və yayılması deməkdir. Azərbaycanda sonuncu dəfə əhali 2019-cu ildə siyahıya alınıb.

Избранный
10
27
turanpress.com

10Источники