RU

Avroviziyada Azərbaycan nümayəndə heyətinin yeni rəhbəri

Son yeniləmə: 1 Oktyabr 2024 20:53 BAYRAQDAR MEDİA – Avroviziya Mahnı Müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri dəyişib.Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsindən daxil olub.Bildirilir ki, yeni rəhbər vəzifəsinə tanınmış aparıcı, hazırda “Avroviziya”da Azərbaycan nümayəndə heyəti mətbuat xidmətinin rəhbəri olan Nurlana Cəfərova təyin olunub.O da qeyd edilir ki, Nurlana Cəfərova 2006-cı ildən televiziya və radio sahəsində fəaliyyət göstərir. O, 2014-2016-cı illərdə 106 FM radiosunun direktoru, 2017-2020-ci illərdə Azərbaycan Televiziyasının Musiqi və Əyləncəli proqramlar redaksiyasının baş redaktoru vəzifələrində, daha sonra İctimai Televizyada aparıcı vəzifəsində işləyib.Əlavə olaraq bildirilir ki, İctimai TV-nin Beynəlxalq Əlaqələr Departamentinin direktoru Maksim Tsurkov bundan sonra Şirkətin baş direktorunun həm də Avroviziya layihəsi üzrə müşaviri vəzifəsini icra edəcək.

Избранный
15
31
bayraqdar.info

10Источники