Vaşinqton, 1 oktyabr, AZƏRTAC
Ağ ev İranın tezliklə İsrailə ballistik raket hücumu etməyə hazırlaşdığını açıqlayıb.
AZƏRTAC-ın məlumatına görə, açıqlamada qeyd olunub ki, Ağ ev İsrailin müdafiəsi üçün aktiv şəkildə hazırlıqlara dəstək verir.
“İranın İsrailə qarşı birbaşa hərbi hücumu İran üçün müəyyən nəticələrə gətirib çıxaracaq”,- Ağ evdən bildirilib. ABŞ hücumun yaxın saatlarda gerçəkləşə biləcəyi ilə bağlı İsrailə xəbərdarlıq edib.
Artıq ABŞ-ın İsraildəki səfirliyi tərəfindən hücum ehtimalı nəzərə alınaraq ABŞ hökuməti təmsilçilərinə və onların ailə üzvlərinə növbəti bildirişə qədər sığınacaqlarda qalmaq tapşırığı verilib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton