Bakı. Trend:
BMT Baş katibi Antonio Quterreş Livandakı münaqişənineskalasiyasından narahatdır və tərəfləri təcili atəşkəsəçağırıb.
Trend xəbər verir ki, bubarədə BMT-nin sözçüsü Stefan Dujarriçin bəyanatında deyilir.
Bildirilib ki, nəyin bahasına olursa-olsun, Livandagenişmiqyaslı müharibədən çəkinmək lazımdır.
S.Dujarriç bildirib ki, Antonio Quterreş Livanın baş naziriNacib Mikati ilə telefonla danışıb və BMT-nin Livandakı sistemiölkə daxilində kömək etmək üçün səfərbər edilib.
“Baş katib təmasları davam etdirəcək və onun ərazidəkinümayəndələri vəziyyətin deeskalasiyası üçün səylərini davametdirəcəklər”, - bəyanatda bildirilib.