RU

Yer iki ay ərzində yeni mini peykə sahib olacaq

Asteroidin diametri təxminən 10 metrdir.

QHT.az xəbər verir ki, sentyabrın 29-da Yerə 2024 PT5 adlı yeni "mini-peyk" yaxınlaşdı. Bu asteroidin diametri təxminən 10 metrdir və Yerin cazibə qüvvəsi ilə tutularaq 57 gün ərzində planetimizin ətrafında fırlanacaq. Noyabrın 25-də asteroid Yerin təsirindən çıxaraq Günəş ətrafında orbitinə qayıdacaq. 2024 PT5 çox kiçik olduğundan yalnız peşəkar teleskoplarla müşahidə edilə bilər. Bu "mini-ay"ın 2025-ci və 2055-ci illərdə Yerdən yenidən keçməsi gözlənilir.

 

Pərvanə Fərhadqızı

Избранный
39
qht.az

1Источники