RU

Yeni MacBook Pro-nun bəzi texniki imkanları ortaya çıxıb

     İnsayderlər Apple şirkətinin yeni prosessoru vasitəsilə çalışacaq növbəti MacBook Pro noutbukunun qutusunun bir hissəsinin fotosunu təqdim ediblər. Bunun sayəsində növbəti MacBook Pro modelinin bəzi texniki imkanları məlum olub. Beləliklə fotoda M4 prosessoru vasitəsilə çalışacaq 14 düym ekranlı MacBook Pro-nun qutusunun bir hissəsi əks olunub. Fotoya əsasən MacBook Pro-nun M4 prosessoru vasitəsilə çalışacaq 14 düym ekranlı versiyası 16 GB RAM və 512 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, hal-hazırda Apple şirkətinin M4 prosessoru vasitəsilə çalışan yeganə cihazı iPad Pro 2024-dür. Bununla yanaşı MacBook Pro-nun qutusunda əks olunmuş məlumata əsasən yeni noutbuk ProMotion texnologiyalı Retina XDR ekranı, 3 ədəd Thunderbolt 4 girişini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişi əldə edəcək.

Избранный
36
technote.az

1Источники