RU

Müstəqil Azərbaycan dövlətinin bünövrəsi……

“3 oktyabr tarixi müstəqil müasir Azərbaycan dövlətçiliyi tarixində əlamətdar günlərdən biridir. Məhz 1993-cü ilin 3 oktyabr tarixində Azərbaycan xalqı tərəfindən böyük səs çoxluğu ilə Ulu Öndər Heydər Əliyev prezident seçildi. Ümummilli Liderin Azərbaycana Sovet hakimiyyəti dövründə rəhbərliyi zamanı artıq xalq öz liderini müəyyənləşdirmişdi. Xalq yaxşı bilirdi ki, ən ağır vəziyyətdən dövləti, xalqı məhz Heydər Əliyevin siyasi gücü çıxara bilər”.

Bunu açıqlamasında millət vəkili Musa Quliyev deyib.

 

Deputat bildirib ki, 3 oktyabr tarixində Ulu Öndər Azərbaycanın prezidenti seçilməsəydi, hazırda inkişaf etmiş Azərbaycandan danışmaq mümkün deyil: “Hətta bəlkə də bu gün Azərbaycan adlı dövlət yox idi. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıtması, müasir, müstəqil Azərbaycan dövlətinin bünövrəsini qoydu. Ulu Öndərin fəaliyyəti nəticəsində Azərbaycan bütün təhlükələri dəf etdi. Ümummilli Lider bir neçə dəfə dövlət çevrilişinin qarşısını aldı.

Sözügedən dövrdə Azərbaycanın əleyhinə davam edən müharibə də Ulu Öndər sayəsində dayandı və Qarabağ münaqişəsi sülh, danışıqlar platformasına keçirildi. 1994-cü ilin sentybarın 20-də “Əsrin Müqaviləsi”nin imzalanması ilə Azərbaycanın suverenliyi iqtisadi əsaslar üzərində möhkəmləndirildi, ordudakı hərc-mərclik aradan qaldırıldı və vahid komandanlığa tabe olan ordu yaradıldı. Nəhayət Azərbaycandakı dərin iqtisadi tənəzzül 1998-ci ildə dayandı və sabitlik dövrü başladı. Dövlət quruculuğu prosesi də məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi ilə başladı, 1995-ci ildə ilk konstitusiyamız qəbul olundu. Bütün bunlara görə məhz Azərbaycanın bugünkü gücünü, qüdrətini 3 oktyabr tarixinə borcluyuq”.

Избранный
5
50
xalq.az

10Источники