RU

“Dəniz könüllüləri” və “Eko könüllülər” Xəzər sahilində təmizlik aksiyası keçiriblər

ASCO-nun Dənizçilik Kollecinin, “Suraxanı” gəmi-muzeyi ilə "Gənc könüllülər" İctimai Birliyinin bazası əsasında yaradılmış “Dəniz könüllüləri” və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Eko  könüllüləri” "Bibiheybət" Gəmi Təmiri Zavodunun ərazisində təmizlik aksiyası keçiriblər.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Daha az plastik, daha çox həyat: təmiz dəniz üçün birlikdə!” devizi ilə baş tutan tədbirdə 60-dan çox könüllü iştirak edib.
İməclik zamanı könüllülər zəruri sanitar ləvazimatlarla təchiz olunaraq sahil zolağını plastik və digər tullantılardan təmizləyiblər.
Aksiyada iştirakçılara ekoloji təmizliyin vacibliyi, ətraf mühitin qorunması və dövlətimiz tərəfindən bu istiqamətdə görülən işlər barədə məlumat verilib.  

Ekologiya.az

Избранный
2
1
ekologiya.az

2Источники