RU

Prezident insanlarda böyük sevinc və ümid yaradıb…..

“Sentyabrın 30-da paytaxtda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə Aşıq Ələsgərin abidəsinin açılışı dövlət başçısının mədəniyyətə, keçmişimizə, milliyimizə verdiyi dəyərin göstəricisi olmaqla yanaşı. eyni zamanda yaxın və uzaq tariximizin cəmiyyətə çatdırılması, onun təbliğ olunması baxımından mühüm əhəmiyyət kəsb edirdi”.

Bunu “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. Aşıq Ələsgərin də ermənilərin deportasiya və soyqırım siyasətinin qurbanı olduğunu xatırladan İctimai Birlik sədri ustad aşığın abidəsinin erməniər tərəfindən dağıdıldığını diqqətə çatdırıb:

“Məlum olduğu kimi təkcə XX əsrdə Azərbaycan xalqı ermənilər tərəfindən 3 böyük deportasiyaya məruz qalıb. Qərbi Azərbaycandan olan Aşıq Ələsgər də bu proseslərdən az təsirlənməyib. Qarabağda, Şərqi Zəngəzurda Azərbaycana, Azərbaycan xalqına aid olan bütün tarixi-mədəni abidələr dağıdılıb, yerlə bir edilib. Bu gün paytaxtımızda Aşıq Ələsgərin abidəsinin açılışı əslində həm də vaxtı ilə ermənilərin Qərbi Azərbaycanda xüsusi amansızlıqla, vandallıqla dağıtdıqları tarixi-mədəni abidələrimizin bərpası istiqamətində atılan ilk addımlardandır”.

Arzuman Muradlı dövlət başçısının abidənin açılış mərasimindəki çıxışına diqqət çəkərək bildirib ki, Cənab Prezidentin Qərbi azərbaycanlılarının da öz doğma torpaqlarına qayıdacağı barədə fikirləri insanlarda böyük sevinc və ümid yaradıb:

“Tam əminliklə deyə bilərik ki, Qərbi Azərbaycandan olan soydaşlarımız da tezliklə Cənab Prezidentin müdrik siyasətinin nəticəsi olaraq öz ata-baba yurdlarına qayıdacaqlar. Eyni zamanda gün gələcək Aşıq Ələsgər, eləcə də Qərbi Azərbaycandan olan digər mədəniyyət xadimlərimizin həmin doğma torpaqlarda abidələri ucaldılacaq”.

Избранный
14
xalq.az

1Источники