RU

“Belə yanaşmanı büdcə ilə əlaqələndirərdim” – Superkubok niyə keçirilmir?

Dünən “Alov qüllələri” otelinin “Nizami Gəncəvi” zalında ölkə kubokunun 2024/25 mövsümünün püşkatma mərasimi keçirilib.

Mərasimə qatılan jurnalistlər PFL-in texniki idman direktoru Elgiz Abbasova Superkubok uğrunda oyunun niyə keçirilməməsi ilə bağlı da sual ünvanlayıb. Abbasovun cavabı isə belə olub:

“Superkubok görüşü üçün mükafat yoxdu, avrokuboka vəsiqə vermir deyə, klublar da maraq göstərmir. Yalnız titul matçıdı”.


“Football-plus.az” bununla bağlı təcrübəli mütəxəssis Ceyhun Sultanovun fikirlərini öyrənib:

“Superkubok oyunları hər il keçirilməlidi, hər bir klub üçüb tituldu. Hər əziyyətin mükafatı var. Ola bilər ki, qalib avrokuboklara düşmədiyi üçün önəm vermirlər. Amma bu bir tituldu. Belə yanaşmanı büdcə ilə əlaqələndirərdim. Daha doğrusunu PFL və AFFA bilər. Düşünürəm ki, hər bir əziyyətin bəhrəsi olmalıdı”.


ƏSƏD SEYİDOV
Избранный
25
football-plus.az

1Источники