RU

Hacıqabulda fərdi yaşayış evi YANIB - VİDEO

Hacıqabul rayonunun Abdulabad kəndində ümumi sahəsi 900 m² (hər mərtəbəsi 450 m²) olan ikimərtəbəli 16 otaqlı evin yanar konstruksiyaları 800 m² sahədə, evə bitişik, ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları və ümumi sahəsi 90 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, evin və tikilinin qalan hissəsi yanğından mühafizə olunub. 

İlkin məlumata görə, yanğına elektrik xəttində qısa qapanma səbəb olub. Yanğın FHN-in Hacıqabul Yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Faktla bağlı araşdırma aparılır.


Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu.

Избранный
25
bizim.media

1Источники