RU

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində YENİ TƏYİNATLAR

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində yeni təyinatlar olub.
"Unikal" xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bununla bağlı əmr imzalayıb.
Əmrə əsasən, Mətanət Nəbi qızı Məmmədova və Elbrus İsa oğlu Allahverdiyev DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktor müavini vəzifəsinə təyin olunublar.
Qeyd edək ki, Mətanət Məmmədova təyinatına qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Əlillik siyasəti şöbəsində sektor müdiri vəzifəsində, Elbrus Allahverdiyev isə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Dövlət Əhəmiyyətli Tədbirlərin Təşkili şöbəsində baş məsləhətçi vəzifəsində çalışıblar.
Избранный
26
9
oxu.az

10Источники