RU

"Red Bull"un mənfəəti son 4 ilin ən aşağı səviyyəsinə endi

Dünyaca məşhur enerji içki istehsalçısı "Red Bull"un mənfəəti son dörd ilin ən aşağı səviyyəsinə enib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb .

Qeyd edilib ki, şirkətin xalis satışları 9 faiz artaraq 10,6 milyard avroya çatıb, lakin daha yüksək xərclər səbəbindən xalis mənfəət cəmi 3,1 faiz artaraq 1,7 milyard avroya çatıb.

Marketinq xərcləri keçən ilki mənfəətin demək olar ki, dörddə birini sərf edib və idmançılara sponsorluq ödənişləri 1,09 milyard avroya yüksəlib.

Agentlik ABŞ-nin 22 milyard dollarlıq enerji içkiləri bazarında rəqabətin gücləndiyini vurğulayıb. Belə ki, "Red Bull"un ABŞ-də bazar payı 40 faizdən 36 faizə enib.

 

Gözəl Həşimova

Избранный
22
iqtisadiyyat.az

1Источники