RU

BDU Dünya Akademik Sammitində

BAYRAQDAR MEDİA – Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti 7-9 oktyabr tarixlərində İngiltərənin Mançester şəhərində Böyük Britaniyanın “Times Higher Education” (THE) beynəlxalq reytinq təşkilatının təşkil etdiyi Dünya Akademik Sammitində (World Academic Summit) iştirak edəcək.Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.Xəbərdə deyilir ki, “səfərin məqsədi dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, yeni birgə layihələrin müzakirəsi, BDU-nun beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldilməsi istiqamətində dünya universitetlərinin təcrübəsinin öyrənilməsidir. Sammitdə BDU-nun stenddə təmsil olunması, eləcə də “Azərbaycanda tədqiqat əməkdaşlığının inkişafı və beynəlmiləlləşmə: Bakı Dövlət Universitetinin strategiyası” (“Advancing research collaboration and internationalization in Azerbaijan: Baku State University’s strategy”) başlıqlı sessiyanın təşkili planlaşdırılır”.

Избранный
17
3
bayraqdar.info

4Источники