RU

Milli İncəsənət Muzeyində "Xəzər" Biennalesi Platforması çərçivəsində sərgisi açılıb

"Xəzər" Biennalesi Platforması çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində təsviri incəsənət sərgisi açılıb.

APA xəbər verir ki, sərginin açılışında Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, tanınmış rəssamlar, incəsənət xadimləri iştirak ediblər.

Açılışda çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov bu sərginin təşkilini əlamətdar hadisə kimi qiymətləndirib və təşkilati məsələlərdə dəstəyini əsirgəmədiyi üçün Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib. O qeyd edib ki, Beynəlxalq Rəssamlar Klubun məqsədi dəyərli sənətkarları dünyada tanıtmaqdır və bu sərginin keçirilməsi bu istiqamətdə atılan uğurlu addımlardan biridir.

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Beynəlxalq Rəssamlar Klubu tərəfindən təşkil edilən sərgidə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğızıstan, Türkiyə, Bəhreyn və Macarıstandan olan rəssamların əsərləri nümayiş olunur, müxtəlif forma, janr və mövzulara aid əsərlər təqdim edilir.

Sərgi çərçivəsində nəzəriyyəçilər və sənətçilərin müasir incəsənətin aktual məsələlərini müzakirə edəcəyi panel diskussiyaları da keçiriləcək.

Qeyd edək ki, sərgi oktyabrın 15-dək Azərbaycan Milli İncəsənət Muzeyində davam edəcək.

Избранный
4
1
apa.az

2Источники