RU

Rusiya kommunizmdən faşizmə keçdi - Kurti

Rusiya xalqı bir ifratdan digərinə - kommunizmdən faşizmə keçdi.
BUTA.TV xəbər verir ki, bunu Kosovanın Baş naziri Albin Kurti UNİAN-a müsahibəsində deyib. “Rusiya Federasiyası gələcəyə deyil, keçmişə baxır. Ruslar keçmişə qayıtmaq istəyirlər. Bu ölkəyə bir tərəfdən Rusiya İmperiyasının qızıl dövrünə həsrət qalan, digər tərəfdən isə Qərbə nifrət edən şəxs rəhbərlik edir. Bizim babalarımız alman və italyan faşizminə qarşı vuruşublar, indi də bizim nəsil ruslara qarşı mübarizə aparır. Faşizmə qarşı mütləq immunitet yoxdur. İndi isə təəssüf ki, Rusiya xalqı kiçik bir fasilə ilə növbəti ifrata - kommunizmdən faşizmə keçdi”, - o bildirib.
Избранный
6
1
buta.tv

2Источники