RU

Yeməyini duzsuz yeyə bilməyənlərin diqqətinə: 3 ciddi təhlükəsi var

Yeməkləri çox duzlamaq vərdişi həm fizioloji, həm də psixoloji olaraq müxtəlif problemlərin yaranmasına səbəb ola bilər.

Qaziler.az xəbər verir ki, bunu dietoloq Janna Antonyuk “NEWS.ru”ya bildirib. Mütəxəssis bu siyahıya dadbilmənin pozulması, xroniki stress və yuxu çatışmazlığını daxil edib.

“Yeməyə həddindən artıq duz tökmək ciddi sağlamlıq nəticələrinə səbəb ola bilər.Çünki duz  məhsulu bədəndə mayeni saxlaması ilə bilinir. Bu da qanın həcmini artırır və nəticədə qan təzyiqi qalxır. Bu hal ürək və qan damarlarında stress yaradır, ürək-damar xəstəlikləri riskini artırır”, - Antonyuk xüsusilə vurğulayıb.

Bundan əlavə, həddindən artıq duz istehlakı böyrəklərin fəaliyyətini pozur. Bu orqan bədəndən artıq məhsulun çıxarılmasında əsas rol oynayır. Mütəxəssis qeyd edib ki, yüksək duz qəbulu böyrək çatışmazlığının inkişafına səbəb ola bilər.

“Duz həmçinin sümüklərdən kalsiumun yuyulmasına kömək edir, bu da onları daha kövrək edir”, - nəşrin həmsöhbəti vurğulayıb.

QAZİLER.AZ

Избранный
10
qaziler.az

1Источники