RU

“Bloomberg”: Ən zəngin rusiyalıların sərvəti $31 mlrd. artıb

“Bloomberg Billionaires Index”in məlumatına görə, 2024-cü ilin əvvəlindən Rusiyanın ən zəngin iş adamlarının sərvəti 31.025 milyard dollar artıb. Ruslar arasında lider “Norilsk Nikel” şirkətinin prezidenti Vladimir Potanin olub – onun sərvəti 1.57 milyard dollar artıb, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

Sentyabrda rusiyalı milyarderlər ümumilikdə 3 milyard dollar qazanıblar:

– Vladimir Potanin – 32.6 milyard dollar;
– Vladimir Lisin – 28.2 milyard dollar;
– Vahid Ələkbərov – 27.5 milyard dollar;
– Aleksey Mordaşov – 25.9 milyard dollar;
– Leonid Mixelson – 25.2 milyard dollar.

“Bloomberg Milyarderlər Index” milyarderlərin pay sahibi olduğu şirkətlərin səhmlərinin qiymətləri əsasında hesablanır. Reytinqdə ümumilikdə dünyanın ən zəngin 500 adamı yer alıb. Avqustda “Bloomberg” agentliyi ilk dəfə reytinqə “Telegram” messencerinin təsisçisi Pavel Durovu daxil edib, agentlik onun sərvətini 9.07 milyard dollar dəyərində qiymətləndirir.

Избранный
27
banker.az

1Источники