RU

Tikinti meyarlarına uyğun gəlməyən obyektin bütün sənədləri qaydasında imiş - RƏSMİ - FOTO - YENİLƏNİB

Məsələ ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirildi ki, Yasamal rayonu, Bəxtiyar Vahabzadə küçəsində qeyri-yaşayış obyektinin tikintisi ilə bağlı aparılan işlərə dair müvafiq icazəverici sənədlər mövcuddur. Ümumilikdə isə tikintiyə icazə verilməmişdən öncə sənədlərin tikinti meyarlarına uyğun olub-olmaması yoxlanılır və bunun nəticəsində icazə verilir. 

Həm 

***

14:23

***

Paytaxtın mərkəzi küçələrindən birində aylardır heç kəsin xəbəri olmayan tikinti işləri aparılır.

Avtosfer.az xəbər verir ki, Bakının Yasamal rayonu Bəxtiyar Vahabzadə küçəsində səkidə obyekt tikintisi gedir.

Belə ki, “Elmlər Akademiyası” metro stansiyasından Bakı Dövlət Universitetinə gedən yolda yaranan vəziyyətin fotoları sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Rəylərdə Bakı Dövlət Universitetinin tələbələri bildirib ki, tikinti ötən ilin qış aylarından başlayıb və hələ də davam edir. Əvvəllər eni 5 metrdən çox olan səkinin 3 metri tikinti tərəfindən zəbt edilib.

Məsələ ilə əlaqədar Yasamal Rayon İcra Hakimiyyətindən saytımıza bildirildi ki, tikinti meyarlarına uyğun olmadan səkidə tikilən həmin obyektin bütün sənədləri qaydasındadır.

Mövzu ilə əlaqədar Şəhərsalma və Arxitektura idarəsindən sorğumuza hələ də cavab verilməyib.

Səfər

FOTO QALEREYA
Избранный
2
1
avtosfer.az

2Источники