RU

Ucarda qəzaya uğrayan yanacaqdaşıyan avtomobil yanıb, sürücü ölüb - YENİLƏNİB-2 VİDEO

Bakı, 1 oktyabr, AZƏRTAC

Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonunun Müsüslü kəndi ərazisindən keçən hissəsində qəzaya uğramış yanacaqdaşıyan maşında baş verən yanğın zamanı sürücü ölüb.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının qəza nəticəsində yol kənarına aşmış yanacaqla dolu yanacaqdaşıyan avtomobilin çənində baş verdiyi və yaxınlıqdakı tikiliyə keçdiyi, habelə genişlənmə riskinin yüksək olduğu müəyyən edilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Yanğın nəticəsində yanacaqdaşıyan avtomobilin yanar konstruksiyaları və 40 ton yanacaq, eləcə də vətəndaşa məxsus yardımçı tikili yanıb. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.

Hadisə yerində avtomobilin sürücüsünün meyiti aşkar edilib.

Aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

13:52

Ucarda yanacaqdaşıyan avtomobilin qəzaya uğradığı ərazidə yanğın məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonunun Müsüslü kəndi ərazisindən keçən hissəsində qəzaya düşmüş yanacaqdaşıyan yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının qəza nəticəsində yol kənarına aşmış avtomobilin çənində baş verdiyi və yaxınlıqdakı tikiliyə keçdiyi, habelə genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

13:37

Ucarda yol qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilkin məlumatlara görə, hadisə Bakı-Qazax avtomobil yolunun Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı yanacaqdaşıyan avtomobil aşıb və yanğın baş verib.

Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Избранный
1
21
azertag.az

10Источники