RU

Bu ölkədə güclü qasırğa: Ölənlərin sayı artdı

ABŞ-də təsirli olan “Helene” qasırğası nəticəsində altı ştatda ölənlərin sayı artıb.

"Cebheinfo.az" xəbər verir ki, səlahiyyətlilərin verdiyi açıqlamalara görə, qasırğada ölənlərin ümumi sayı 133-ə yüksəlib.

Qasırğadan ən çox zərər çəkən Şimali Karolina ştatında azı 40 nəfər ölüb.

Şimali Karolina qubernatoru Roy Kuper qasırğanın ştata təsirinin "tamamilə fəlakətli" olduğunu deyib.

"AccuWeather" hava xidmətinin məlumatına görə, qasırğanın vurduğu dağıntıların 145-160 milyard dollar arasında olduğu təxmin edilir.

Избранный
9
cebheinfo.az

1Источники