RU

Mal-qara magistral yolları zəbt etdi: Sürücülər təhlükə qarşısında - VİDEO

Baş verən yol qəzaları sırasında nəqliyyat vasitələrinin mal-qara ilə toqquşması halları da var. Əsasən buna rayon və kənd yollarında rast gəlmək olur. Səbəb isə mal-qara sahiblərinin bilgisizliyi və məsuliyyətsizliyidir.
Avtosfer.az xəbər verir ki, onlar iribuynuzlu heyvanları sahibsiz şəkildə yollara buraxırlar. Nəticədə qəza baş verən zaman həm heyvan tələf olur, həm də avtomobilə ciddi ziyan dəyir.
Yola buraxılan sahibsiz heyvanlarla bağlı Qax, Oğuz, Qəbələ, Şəki və İsmayıllı rayonlarında qeydə alınan videogörüntüləri oxuculardan biri redaksiyamızın qaynar xəttinə göndərib. Avtomobil yolunda hərəkət edən, eyni zamanda yolun hərəkət hissəsində kölgələnən iribuynuzlu heyvanların sürücülərə təhlükə yaratması videogörüntülərdə aydın şəkildə əks olunub. Hətta rayonun mərkəzi yollarında da eyni vəziyyət yaşanır. Yaranmış mənzərə avtomobil yolunu deyil, hansısa meşəni, cəngəlliyi xatırladır. Günün qaranlıq saatlarında belə vəziyyətdə təəssüf ki, qəzalar qaçılmaz olur. Nəticədə həm sürücüyə, həm də heyvan sahibinə maddi ziyan dəyir. Qanunvericiliyə görə, belə hallarda avtomobilə dəymiş maddi ziyanı heyvan sahibi ödədiyi üçün, ona ikiqat ziyan dəymiş olur. 
Heyvanları örüş yerlərinə ötürən zaman onların asfalt yoluna çıxmamasını təmin etmək bilavasitə heyvan sahiblərinin üzərinə düşür. Eyni zamanda sahə müvəkkillərinin heyvan sahibləri ilə mütəmadi şəkildə danışması və onların maarifləndirməlisi vacib hesab olunur.

 

Nərmin

Избранный
23
1
avtosfer.az

2Источники