RU

Neftin büdcə qiyməti 20 ildə necə dəyişib?

Neftin büdcə qiymətinin müəyyənləşdirilməsi büdcə planlanması və proqnozlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bu sistem neft  ixrac edən ölkələrin əksəriyyətində tətbiq olunur.

Azərbaycanda neftin büdcə qiyməti Dövlət Neft Fondununun gəlirlərinin  və dövlət büdcəsində neft-qaz şirkətlərinin ödəyəcəyi vergi məbləğinin proqnozlaşdırıması məqsədilə müəyyən edilir.

Neftin satışından əldə olunan gəlitrlərin bölgüsü xüsusi mexanizm vasitəsilə həyata keçirilir.

Neftin satışçından əldə olunan gəlirlərdən xərclər çıxılır.

Qalan manfəət hasilatın pay bölgüsü müqaviləsinə uyğun olaraq 75:25 faiz nisbətinəd bölünür.
Mənfəətin 75 faizi Azərbaycan  tərəfinə , 25 faizi xarici şirkətlərə çatır.

Xaricilərə çatan 25%-in isə onlar 20%-ni mənfəət vergisi şəklində büdcəyə ödəyirlər.

Xarici şirkətlər də paylarına düşən mənfəətin 20 faizini mənfəət vergisi şəklində  büdcəyə ödəyirlər.

Neft gəlirlərinin də proqnozlaşdırmaq üçün qiymət büdcə layihəsi hazırlanarkən əvvəlcədən müəyyən edilir, lakin  büdcə ilinin ortasında neftin qiymətinin səviyyəsindən asılı olaraq dəyişdirilə bilər.

Neftin satış qiyməti ilə büdcə qiyməti arasında kəskin fərq olduqda hökümət dəyişiklik edir.

Kiçik fərq olduqda isə buna ehtiyac qalmır.

Modern.az son 20 ildəı Azərbaycanın dövlət büdcəsində neftin qiyməti ilə bağlı məlumatları araşdırıb.

 

2006-cı il             40 dollar

2007-ci il             50 dollar

2008-ci il             70 dollar

2009-cu il            70 dollar

2010-cu il            45 dollar

2011-ci il             60 dollar

2012-ci il             80 dollar

2013-cü il            100 dollar

2014-cü il            100 dollar

2015-ci il             90 dollar

2016-cı il             50 dollar

2017-ci il             40 dollar

2018-ci il             45 dollar

2019-cu il            60 dollar

2020-ci il             80 dollar

2021-ci il             40 dollar

2022-ci il             50 dollar

2023-cü il            50-60 dollar

2024-cü il            60-75 dollar

2025-ci il             70 dollar

 

Избранный
33
modern.az

1Источники