RU

AMB banklara kəşbək kampaniyaları ilə bağlı göstəriş verə bilər

Azərbaycan banklarının kəşbək kampaniyaları və haqq komissiya bankların özünün modelindən asılıdır və bank strategiyasına uyğun olaraq aparılır.

Mərkəzi Bank bu il 135 min manat cərimə tətbiq edib

FED.az xəbər verir ki, bunu AMB-nin baş direktoru Toğrul Əliyev qurumun 2024-cü ilin yarım illiyinə həsr olunan Maliyyə sabitliyi hesabatının təqdimatında deyib.

“Sözsüz ki, əgər bankın mənfəət-zərərliliyinin təhlili nəticəsində maliyyə dayanıqlılığına təhdidlər yaradacaq stiuasiyalar yaranarsa, Mərkəzi Bank tərəfindən xərclərin optimizasiyası istiqamətində banklara göstəriş verilə bilər. Həmin bu xərclərin izafi artımının bankın maliyyə dayanıqlılığına təhdidlər yaradarsa bu göstəriş verilə bilər. Vətəndaşların bu istiqamətdə şikayətləri ilə bağlı AMB şikayət indeksini açıqlayır və biz şikayət indeksində müsbət dinamikanı izləyirik. Şikayət indeksi ümumi mənzərini əks etdirir", - deyəToğrul Əliyev bildirib.

Избранный
12
5
fed.az

5Источники