RU

"Qarabağ" - "Malmö" oyunu: Mətbuat konfranslarının vaxtları açıqlanıb

UEFA Avropa Liqasının II turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Malmö" matçı öncəsi mətbuat konfransları və açıq məşqlərin vaxtları bəlli olub.

Fins.az xəbər verir ki, Qurban Qurbanovun mətbuat konfransı oktyabrın 2-si saat 13:30-da Respublika stadionunda olacaq. Saat 17:30-da isə “Azərsun Arena”da komandanın açıq məşqi (ilk 15 dəqiqə) təşkil ediləcək.

Henrik Ryudströmün mətbuat konfransı saat 18:30-da Respublika stadionunda keçiriləcək, ardından 19:00-da İsveç klubunun açıq məşqi baş tutacaq.

Oyun oktyabrın 3-ü, saat 20:45-də başlayacaq.
 

Zemfira Ms
Fins.az

 

Избранный
14
fins.az

1Источники