RU

Kristiano Ronaldo: “Mən indi futboldan ancaq zövq alıram”

“Əl-Nəsr”in portuqal ulduz hücumçusu və kapitanı Kristiano Ronaldo öz futbolçu karyerasının qalan müddəti haqda fikrini ifadə edib.

Arena.az xəbər verir ki, potuqal ulduz onun üçün arıtq ən yaxşı oyunçu olmağın və ya mükafatlar qazanmağın vacib olmadığını vurğulayıb:

“Hazırda mən futboldan həzz alıram, çünki bilirəm ki, meydanda çox da vaxtım qalmayıb. İndi mənim üçün ən yaxşı oyunçu olmaq və ya mükafatlar qazanmaq vacib deyil. İndi mənim üçün zövq almaq və komandama kömək etmək vacibdir”, deyə “Kriş” bildirib.

Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 7 oyuna 6 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 71 oyun, 64 qol və 17 məhsuldar ötürmədən ibarətdir.

Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib.

Kristiano Ronaldo Portuqaliya yığmasının heyətində 214 oyuna 132 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 39 yaşlı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Избранный
15
7
arena.az

10Источники