RU

Minimum əməkhaqqı və pensiyanın artırılması ilə bağlı təkliflər hazırlanıb - Sahil Babayev

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq gələn ildənölkə üzrə minimum əməkhaqqının və minimum pensiyanın artırılmasıtəmin ediləcək.

Trend xəbər verir ki, bunuəmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlikdəkeçirilən kollegiya iclasında bildirib.

Sosial islahatların davamı olaraq əmək, pensiya, əlillik vədigər sahələr üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsiistiqamətində görülmüş işlər barədə məlumat verilib.

Qeyri-dövlət pensiya fondlarının yaradılması ilə bağlı 20-dənçox normativ hüquqi akt layihəsinin hazırlandığı diqqətəçatdırılıb.

Hazırda 52 növ müavinət və təqaüdün proaktiv qaydada təyinolunduğu, sosial ödənişlərin proaktiv təyinatı mexanizmininəhatəliliyinin artırılması istiqamətində işlərin davam etdirildiyibildirilib.

Nazirlik tərəfindən həqiqi hərbi xidmətə çağırılan vətəndaşlarınyekun tibbi müayinəsi prosesinin rəqəmsal həllərin tətbiqi iləhəyata keçirildiyi vurğulanıb.

Ötən dövrdə Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdənSığorta Fondunun sərbəst vəsaitlərinin maliyyə alətlərinə uğurlainvestisiya edildiyi, əldə olunan gəlirlərin sosial müdafiəsisteminin gücləndirilməsinə xidmət etdiyi qeyd edilib.

İclasda Kollegiya tərəfindən elektrik, ticarət, mədənçıxarmasahələri üzrə daha 26 peşə və kvalifikasiya standartıtəsdiqlənib.

Əmək, məşğulluq, sosial sığorta, pensiya, əlillik, sosialtəminat, maliyyə və satınalmalar sahələrində görülmüş işlər vəgələcək hədəflər müzakirə olunub.

Избранный
26
35
az.trend.az

10Источники