RU

"Qalatasaray"ın sabiq niderlandlısı məşqçiliyə başlayacaə

Niderland millisi, “İnter” və “Real”ın sabiq yarımmüdafiəçisi Vesli Sneyder məşqçilik karyerasına başlamaq niyyətində olduğunu açıqlayıb.

"Operativ Media" xəbər verir ki, Sneyder “Voetbal International”a müsahibəsində bu haqda danışıb.

“Cəmi 40 yaşındayam, kifayət qədər vaxtım var. Hələ ki kurslara başlamamışam, lakin planlarımda bunlar var. Mən məşqçiliyə başlayacağam, amma hələ də buna mane olan şəxsi məsələlərim qalıb”.

Yarımmüdafiəçi 2019-cu ilin avqustunda karyerasını başa vurub. Futbolçu “İnter” və “Real”dan başqa, “Ayaks”, “Qalatasaray”, “Nitsa” və “Əl-Qarafa” komandalarında çıxış edib.

Избранный
1
1
operativmedia.az

2Источники