RU

“Rusiya və Belarusun Çernobıl AES-i ələ keçirmək planları yoxdur” - Lukaşenko

“Belarus və Rusiya Çernobıl AES-i ələ keçirmək fikrində deyil”.

Missiya.Az “Sputnik Belarus”a istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko MAQATE-nin baş direktoru Rafael Qrossi ilə görüşü zamanı deyib. 

O, bildirib ki, Minsk regional nüvə təhlükəsizliyini təmin etmək üçün hər şeyi edəcək.

“Bilməlisiniz ki, biz təhlükəsizlik və sülhə sadiqik, buna əmin ola bilərsiniz”, - deyə Lukaşenko vurğulayıb.

Qeyd edək ki, Rafael Qrossi Minskdə yüksək səviyyəli görüşlər keçirmək və Ostrovetsdəki AES-ə səfər etmək üçün Belarusa səfər edib.

 

Daşqın HəsənovMissiya.Az

Избранный
19
missiya.az

1Источники