RU

Nazirlikdə yüksək vəzifəyə təyinat

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük Təchizat” ASC-nin İdarə Heyətinin Sədri vəzifəsinə təyinat olub.

"Kanal14.az" xəbər verir ki, Elgün Məhəmmədəlizadə İdarə Heyətinin Sədri vəzifəsinə təyin olunub.

E. Məhəmmədəlizadə Bakalavr və Magistr təhsilini Bakı Dövlət Universiteti Tətbiqi riyaziyyat və kibernetika ixtisası üzrə almış, Almaniyanın Hamburg şəhərində Menecerlərin təkmilləşdirilməsi proqramını bitirmişdir. Böyük Britaniyanın Satınalma və Təchizat Zənciri sahəsində beynəlxalq sertifikatı olan CIPS sertifikatina sahibdir.

O, PMD Group MMC-də təchizat üzrə qrup rəhbəri, Agro Food İnvestments MMC-də Qrup Satınalma Meneceri, Agrotrade Supply MMC şirkətlər qrupunda Qrup Satınalma rəhbəri vəzifələrində çalışmışdır. ATS Food MMC-də Satınalma və Logistika üzrə Direktor müavini vəzifəsini icra edən Elgün Məhəmmədəlizadə təchizat zənciri, tədarük sahəsində 15 ildən yuxarı iş təcrübəsinə malikdir. Təyinatdan əvvəl Aqrar Tədarük Təchizat ASC-də İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışırdı.



 

Избранный
2
25
kanal14.az

10Источники